Tokioda keçirilən beynəlxalq konfrans “Yokohama bəyannaməsi”nin qəbulu ilə başa çatıbbackend

Tokioda keçirilən beynəlxalq konfrans “Yokohama bəyannaməsi”nin qəbulu ilə başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, konfransın işində Afrika qitəsinin 50-dək dövlətinin liderləri, BMT-nin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində çıxış edən Yaponiyanın Baş naziri Şinzo Abe deyib: “Dinamik inkişaf edən Afrika bu gün Yaponiyanın tərəfdaşıdır və biz birlikdə böyüyə bilərik. Buna məni artıq üçüncü dəfədir sədrlik etdiyim bu konfrans inandırıb”.

Konfransın yekunu olaraq qəbul edilən bəyannamədə Afrikanın iqtisadi və sosial inkişafı üçün özəl investisiyalardan istifadə imkanları öz əksini tapıb.

Sənəddə deyilir ki, infeksiyalı xəstəliklərlə mübarizədə investisiyaların cəlbi və səhiyyə sahəsində təşəbbüslər mühüm rol oynaya bilər.

Sayca yeddinci olan bu konfrans 1993-cü ildən başlayaraq keçirilir. Afrikanın İnkişafı Üzrə Beynəlxalq Tokio Konfransı (TICAD) Yaponiyanın Afrikadakı siyasətinin əsas sütununu təşkil edir.

İnterpress.az