Əhməd bəy Ağaoğluna həsr olunan konfransa məqalə qəbulu yekunlaşırbackend

Əhməd bəy Ağaoğluna həsr olunan konfransa məqalə qəbulu yekunlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstitutdan İnterpress.az-a bildirilib ki, konfransa məqalə qəbulu bu gün başa çatır.

Xatırladaq ki, konfrans Azərbaycan Respublikası Prezidentinin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil ediləcək.

Konfrans Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri müzakirə olunacaq.

Konfransın materialları kitab şəklində çap olunacaq.

İnterpress.az