Azərbaycanın xarici borcu azaldı – Rəsmibackend

Azərbaycanın xarici borcu azaldı – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, imzalanmış sazişlər üzrə istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 19,0%-ni təşkil edib.

V.Gülməmmədov qeyd edib ki, 1 iyul 2019-cu il tarixinə operativ məlumatlara əsasən dövlətin daxili borcu 1346,1 mln. manat (şərti öhdəliklər daxil olmaqla) təşkil edib. Bu, 01 yanvar 2019-cu il tarixə olan məbləğlə müqayisədə 25,9 mln. manat və ya 2 % çoxdur:

“Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılması ilə bağlı məlumatlar dövlət müəssisələri üzrə 2019-2024-cü illər üzrə dövlət büdcəsinə 2960,8 mln.manat həcmində vəsait ödəniləcəyinin nəzərdə tutulduğunu göstərir.

Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini
ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir”.

İnterpress.az