Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanılıbbackend

Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan İnterpress.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyənləşdirilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində “Redmi NOT 7” markalı telefon və 810 manat nağd pul oğurlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az