Ucarda bu il orta məktəbi bitirən məzunlardan 189 nəfəri tələbə adını qazanıbbackend

Ucarda bu il orta məktəbi bitirən məzunlardan 189 nəfəri tələbə adını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu məlumat Ucardakı Heydər Əliyev Mərkəzində tələbə adını qazanan gənclərlə görüşdə açıqlanıb. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Çıxışlarda vurğulanıb ki, məzunlardan 53 nəfəri Bakı Dövlət Universitetinə qəbul olub. Hazırda burada 200-ə yaxın ucarlı təhsil alır. Bu il, habelə məzunlardan 25 nəfəri Pedaqoji Universitetə, 17 nəfəri İqtisad Universitetinə və digər ali təhsil ocaqlarına qəbul olublar.

Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tələbə adı qazanan gəncləri təbrik edib, onlara təhsildə və həyatda uğurlar arzulayıb.

Tədbirdə 600-dən çox bal toplamış 10 tələbəyə maddi kömək göstərilib. Yaşa görə pensiyaya çıxan məktəb direktorlarına, 2018/2019-cu tədris ilində yüksək nəticələr əldə etmiş məktəb direktorlarına və atletika üzrə məktəblilər arasında keçirilən respublika yarışının çempionu olan Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin komandasına fəxri fərmanlar verilib.

Görüş musiqi proqramı ilə davam edib.

İnterpress.az