Ürəyində əməliyyat aparılan İspaniya Kralı xəstəxanadan buraxılıbbackend

Ürəyində əməliyyat aparılan İspaniya Kralı xəstəxanadan buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bu barədə ABC nəşrinə istinadla xəbər verir.

Hazırkı dövlət başçısı Kral VI Felipenin atası olan Xuan Karlos avqustun 24-də Madrid əyalətinin Posuelo-de-Alarkon şəhərindəki klinikada əməliyyat keçirib. Həkimlərin sözlərinə görə, hazırda 81 yaşlı kralın səhhəti sabitdir.

Bu ilin mayında Kral evi xəbər vermişdi ki, iyunun 2-də Xuan Karlos Kral ailəsinin üzvü kimi onun üzərinə qoyulmuş ictimai vəzifələri icra etməyi dayandıracaq. 2014-cü il iyunun 2-də taxt-tacdan oğlunun xeyrinə imtina edən Xuan Karlos bundan beş il sonra ictimai tədbirlərdə iştirak etməməyi qərara alıb. O, hazırda da Kral titulunu daşımaqda davam edir.

I Xuan Karlos İspaniyaya 39 il rəhbərlik edib. Diktator Fransisko Franko hələ 1969-cu ildə onu İspaniya taxtının varisi təyin etmişdi. Lakin o, kral taxtına yalnız Frankonun ölümündən sonra, 1975-ci ildə sahib ola bilmişdi.

İnterpress.az