Varlığı ilə ucalan şəxsiyyət- Məlahət Qurbanova Ramiz Göyüşovdan yazırbackend

Varlığı ilə ucalan şəxsiyyət- Məlahət Qurbanova Ramiz Göyüşovdan yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ orta məktəbdə oxuyarkən Göyüşov soyadı mənə çox tanış idi. Abbas Göyüşov mərhum qardaşım Şahməddinin sinif yoldaşı, onun bacısı Nərminə Göyüşova isə eyni məktəbdə məndən bir sinif yuxarı oxusa da, yaxın dost və rəfiqə olmuşuq. Onlar Qazax şəhər 1 nömrəli orta məktəbdə yaxşı oxuyan, nümunəvi şagirdlərdən idi. Müəllimlərimizin danışığından qulağımız alırdı ki, Göyüşovlar nəslinin bizdən qabaqkı buraxılışları da çox yaxşı oxuyan şagirdlər olmuşdular. Aylar, illər keçdikcə Göyüşovlar nəslinin nümayəndələrinin xoş sədaları gəlib qulağımıza çatırdı. Hər yerdə el-obanın adını, mahalın şərəfini uca tutaraq dövlətə sədaqətlə, əzmlə çalışaraq vəzifə pillələrində, karyerada ucalaraq böyük mənsəbə yetişirdilər. Deyərdim ki, onların uğurlarına eşidən hamı sevinirdi. Çünki bu ata uşağında heç kəsə ziyanlıq, paxıllıq hissləri yox idi. Əksinə, Göyüşovlardan olan insanlar darda, çətində qalanlar kömək edər, ehtiyacı olan, üstlərinə gələnlərə yardım edərdilər.
Hər zaman ictimai aktiv, sosial ünsiyyətə meylli insan olduğumdan cəmiyyətdə, ölkədə gedən ictimai-siyasi-sosial prosesləri bacardığım qədər izləyib, bəzən də dövlətçiliyə dəstək verə biləcək tədbirlərdə yaxından iştirak edirəm. Məşğul olduğum iş sahəsi digər peşələrə nisbətən ağır, məsuliyyətli və zaman aparan olduğundan çox vaxt istəyimlə imkanım tərs mütənasib olurdu. Siyasi baxışıma və əqidəmə uyğun olaraq ulu öndər Heydər Əliyev siyasətinin dəstəkçisi və təbliğatçısı olduğumdan, hər zaman Yeni Azərbaycan Partiyasına rəsmi qaydada üzv olmaq üçün vaxt axtarırdım. Və nəhayət sonda qərara gəldim ki, hər zaman soy-kökünə və insanlığına dərin hörmət bəslədiyim, varlığı ilə ucalmağı bacaran şəxsiyyət Ramiz Göyüşovun rəhbərlik etdiyi YAP Binəqədi rayon Təşkilatında partiya sıralarına daxil olum. Bu istəyimi böyük sevinc hissi ilə qarşılayan Ramiz müəllim məni partiya üzvlüyünə qəbul etdi və 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə təntənəli şəkildə mənə şəxsən Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini təqdim etdi. O gündən sonra dəyərli eloğlumla daha bir kəsişmə nöqtəmiz də yarandı. Bundan sonra siyasi həmfikir olaraq tez-tez görüşür, söhbətlər edib, müzakirələr aparardıq.
Mən eşidəndə ki, Ramiz qardaşımın 65 yaşı tamam olur, ilk olaraq buna inanmadım. Çünki Ramiz müəllim bioloji olaraq fiziki yaşamında 65 yaşa çatsa da onun ruhu, qəlbi yaşından çox-çox cavandır. Onun qələmə alıb yazdığı məqalələri oxuyanda insana müsbət enerji, pozitiv ruh bəxş edilir. Bu da Ramiz müəllimin digərlərindən fərqi, üstünlüyüdür. Çünki Ramiz Göyüşov varlığı ilə ucalan, dəyərləri ilə tanınan şəxsiyyət olub.
65 yaşınız mübarək, Ramiz müəllim!
Yaşayın, yaradın, əziz qardaşım.
Ailənizlə, övladlarınızla, əzizlərinizlə uzun onilliklər boyunca sağlam, xoşbəxt həyat yaşayasız.

Dərin hörmətlə, Məlahət Qurbanova
Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri
[b][/b]