Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Qarabağ”böyükhesablı qələbə qazanıb

Sentyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulub.

Dərc edilib: 2 sentyabr 2019 [10:18]
Baxış sayı: 1922

İnterpress.az xəbər verir ki, turun son qarşılaşmasında “Səbail” və “Qarabağ” klubları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Son çempionun heyətində Dani Kintana dubl edib, İsmayıl İbrahimli və Mahir Emreli hərəyə bir dəfə fərqləniblər.

Xatırladaq ki, turun digər oyunlarında “Keşlə” səfərdə “Qəbələ”ni (4:0), “Neftçi” isə öz meydanında “Sumqayıt” (2:1) məğlub edib. “Zirə”–“Sabah” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Üç turdan sonra turnir cədvəlinə 9 xalla “Qarabağ” klubu başçılıq edir. Altı xalı olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Zirə” (4), “Neftçi” (4), “Sumqayıt” (3), “Sabah” (2) və “Qəbələ” (0) qərarlaşıblar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177