Ağır atletika üzrə məşqçi və idmançılarımız beynəlxalq seminarda iştirak ediblərbackend

Ağır atletika üzrə məşqçi və idmançılarımız beynəlxalq seminarda iştirak ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ağır Atletika Federasiyasından İnterpress.az-a bildiriblər ki, EWF-nin ənənəvi tədbirinə 20 ölkədən gənc idmançı və məşqçilər qatılıb. Onların arasında dörd nəfər Azərbaycan təmsilçisi olub. İdmançılardan Nurlan Məmmədzadə və Rahilə Hüseynova, məşqçilərdən isə Təranə Abbasova və Emil Əliyev seminar və məşqlərdə iştirak ediblər.

Gənc atletlər hər gün EWF-in təcrübəli mütəxəssisləri – EWF Məşqçilik Tədqiqat və Elmi Komitəsinin sədri Kolin Bakli və həmin komitənin üzvü Eduard Andryuşkeviç tərəfindən keçirilən səhər və axşam məşqlərində iştirak edib, ağır atletikada yeni çalışma metodları ilə tanış olublar. Bununla yanaşı, müxtəlif ölkə idmançıların bir-biri ilə ünsiyyət qurmaq, dostluq əlaqələri yaratmaq, təcrübə mübadiləsi aparmaq, birlikdə səmərəli və əyləncəli vaxt keçirmək imkanları olub.

Məşqçilər isə bu məşqlərlə yanaşı, elmi seminarda da iştirak ediblər. Onlara müasir məşqçilik istiqamətləri, yeniliklər, anti-dopinq fəaliyyəti, hazırlıqların səmərəli təşkili, yeni sistemlər və digər məlumatlar verilib, praktiki və nəzəri məşğələlər keçilib.

İnterpress.az