“Fənərbağça” braziliyalı futbolçunu heyətinə qatıbbackend

“Fənərbağça” braziliyalı futbolçunu heyətinə qatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”TRT Spor\”a istinadla xəbər verir ki, İstanbul təmsilçisi son olaraq Fransanın \”Marsel\” klubunda çıxış edən Luiz Qustavo ilə anlaşıb. Artıq İstanbula gələn otuz iki yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanacağı gözlənilir.

Bu mövsüm \”Marsel\”in heyətində üç matça çıxan braziliyalı iki oyunda 90 dəqiqə meydanda olub. Ötən mövsüm 30 matçda Fransa klubunun formasını geyinən braziliyalı futbolçu iki dəfə fərqlənib.

Qeyd edək ki, Luiz Qustavo karyerası ərzində Braziliyanın \”Korintians\”, Almaniyanın \”Hoffenhaym\”, \”Bavariya\” və \”Volfsburq\” komandalarında oynayıb. O, 40 dəfə Braziliya millisinin şərəfini qoruyub.

İnterpress.az