Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



London derbisi “sülh”lə yekunlaşıb

Sentyabrın 1-də futbol üzrə İngiltərə Premyer Liqasının dördüncü turunun mərkəzi oyunu keçirilib.

Dərc edilib: 2 sentyabr 2019 [12:35]
Baxış sayı: 2363

İnterpress.az xəbər verir ki, “Emirates” stadionunda baş tutan görüşdə London təmsilçiləri “Arsenal” və “Tottenhem” üz-üzə gəlib.

Görüş 2:2 hesabı ilə başa çatıb.

“Arsenal”ın heyətində Lakazet (45) və Obameyanq (71), “Tottenhem”dən isə Eriksen (10) və Keyn (40) fərqləniblər.

Günün ilk oyununda “Everton” “Vulverhempton”u məğlub edib - 3:2.

Çempionluğa iddialı “Mançester Siti” və “Liverpul” klubları da növbəti qələbələrini qazanıb.

“Liverpul” səfərdə “Börnli”nin qapısından üç, Mançester təmsilçisi isə öz meydanında “Brayton” komandasının qapısından dörd cavabsız top keçirərək aktivlərinə növbəti xalları yazdırıblar.

Günün gözlənilməz hesabı “St. Mary” stadionunda qeydə alınıb. “Mançester Yunayted” səfərdə “Sauthempton”un müqavimətini qıra bilməyib - 1:1.

UEFA Avropa Liqasının son qalibi "Çelsi" də üçüncü turda 1 xalla kifayətlənib. London təmsilçisi doğma azarkeşlər önündə "Şeffild Yunayted" komandası ilə heç-heçə edib - 2:2.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Kristal Pelas" - "Aston Villa" - 1:0

“Lester” - “Bormunt” - 3:1

“Nyukasl” - “Uotford” - 1:1

“Vest-Hem” - “Norviç” - 2:0.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177