Cari ildə Gürcüstanda 38 mindən çox cinayət faktı qeydə alınıbbackend

Cari ildə Gürcüstanda 38 mindən çox cinayət faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hesabat dövründə qeydə alınan cinayətlərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Bu il qeydə alınan cinayətlərin 32,3 faizinin üstü açılıb (2018-ci ildə isə bu rəqəm 36,7 faiz olub). Cinayətlərin 12 min 500-ü oğurluq hadisəsi olub ki, bunun da 1400-ü mənzil qarətidir. Cinayətlərin sırasında ikinci yerdə ailə zorakılığı dayanır – 3244 fakt.

Üçüncü yerdə narkotiklərlə bağlı cinayətlərdir. Narkotiklərlə bağlı 3197 cinayət faktı qeydə alınıb.

Məlumatda, həmçinin bildirilir ki, bu il cinayətlərin sırasında hədə-qorxu gəlmək və təhdidlərin sayı artıb. Hesabat dövründə 1400 belə fakt qeydə alınıb.

İnterpress.az