Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Tomsk və Yaponiya alimləri “5G”ni gücləndirən anten hazırlayıb

Tomsk politexnik universitetinin alimləri, Rusiya və Yaponiya həmkarlarıyla birgə yeni nəsil "5G" antenləri üçün yeni anten hazırlayıb.

Dərc edilib: 2 sentyabr 2019 [14:33]
Baxış sayı: 1660

İnterpress.az-ın Nanonewsnet.ru-ya istinadən verdiyi xəbərə görə, o, əvvəlki mobil rabitə ötürmə modellərindən böyük məlumat ötürmə sürəti ilə fərqlənərək, mövcud simsiz şəbəkələrdəki göstəricidən bir neçə dəfə çoxdur. "5G" eyni zamanda siqnal gecikməsini də azaldır. Bu, xüsusilə pilotsuz nəqliyyat texnologiyalarının inkişafı üçün vacibdir. Antenin hazırlanması üçün mütəxəssislər dielektrik hissəciklərdən istifadə etmişdir.

"Mütəxəssislər "5G" və "6G" məlumatları ötürən texnoloqiyalar üzrərində işləyir. Onların Hazırlanması üçün 1 mm-dən 5 mm-ə qədər balaca antenlər tələb olunur. Bu da öz növbəsində onların hazırlanmasında texnoloji çətinliklərə səbəb olur. Biz antenaların yerinə kub şəklində olan dielektrik hissəciklərdən istifadə edilməsini təklif etdik", - deyə elmi şöbənin baş alimi İqor Minin bildirmişdir.

Yeni antenaların üstün cəhətlərindən biri, onların üzərində açıq hissələrin olmamasıdır. Bu onlara yağışdan, tozdan və küləkdən qorunmağa kömək edir. Yeni antenalar metaldan hazırlanmadığına görə, onları yüksək gərginlik naqillərinin və elektrik şəbəkələrinin yanında istifadə etmək olar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179