“Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalın finalına vəsiqə qazanıbbackend

“Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalın finalına vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O qeyd edib ki, “SSP Production” tərəfindən istehsal olunmuş “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi “Cinema Povero” Beynəlxalq Festivalında ən yaxşı sənədlər kateqoriyası üzrə finala vəsiqə qazanıb. “Sentyabrın 20-də ekran əsəri digər ölkələrin filmləri ilə birincilik uğrunda mübarizəyə başlayacaq. Əgər müsabiqənin şərtlərinə uyğun olaraq yüksək formatda görüntü təqdim edə bilsək, inanıram ki, yüksək yer tutacağıq”, – deyə o bildirib.

“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Ekran əsərinin çəkilişləri bu ilin martında başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

İnterpress.az