Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Real Madrid” səfərdə “Villyareal”la heç-heçə edib

Sentyabrın 1-də futbol üzrə İspaniya La Liqasının üçüncü turunun sonuncu qarşılaşması keçirilib.

Dərc edilib: 2 sentyabr 2019 [12:05]
Baxış sayı: 1933

İnterpress.az xəbər verir ki, turun son oyununda “Real Madrid” səfərdə “Vilyareal” komandası ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Eyni hesab “Real Madrid”in əzəli rəqibi olan “Barselona” və “Osasuna” oyununda da qeydə alınıb.

“Qarabağ” komandasının UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” öz meydanında “Selta Viqo”nu qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Ötən mövsüm İspaniya çempionatında beşinci yeri tutan “Sevilya”nın heyətində Franko Vazquez 81-ci dəqiqədə hesabı açıb. Bundan iki dəqiqə sonra qonaqlar Denis Suarezin vurduğu topla hesabı bərabərləşdiriblər – 1:1.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Atletik Bilbao” - “Selta Viqo” - 2:0

“Xetafe” - “Deportivo Alaves” - 1:1

“Levante” - “Real Valyadolid” - 2:0

“Real Betis” - “Leqanes” - 2:1

“Valensiya” - “Malyorka” - 2:0

“Atletiko Madrid” - “Eybar” - 3:2

“Espanyol” - “Qranada” - 0:3.

Qeyd edək ki, dördüncü tura sentyabrın 13-də start veriləcək.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177