“Yeni subsidiya qaydaları inqilabi hadisədir” – Kənd təsərrüfatı nazirinin müavinibackend

“Yeni subsidiya qaydaları inqilabi hadisədir” – Kənd təsərrüfatı nazirinin müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə məlumat verməlidir: “Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə subsidiyanı almaq üçün plastik kart veriləcək. Karta köçürülən məbləğin yalnız 25%-ni nağdlaşdırmaq mümkün olacaq”.

İ.Quliyev onu da qeyd edib ki, subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlanır. Aqrar Subsidiya Şurası isə hər il əmsalları müəyyənləşdirəcək.

Xatırladaq ki, Şuranın avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.

İnterpress.az