“Toshiba” ABŞ-dakı maye qaz biznesini satıbbackend

“Toshiba” ABŞ-dakı maye qaz biznesini satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən xəbər verir ki, “Toshiba America LNG” törəmə şirkətini 15 milyon dollara satan Yaponiya şirkəti maye qaz bazarında qiymətlərin azalması ilə bağlı bu sahəyə sərmayə qoymağın sərfəli olmadığı qənaətinə gəlib.

Bu alqı-satqı nəticəsində “Toshiba”nın bu il 90 milyard yen (847 milyon dollar) zərərə uğrayacağı gözlənilir. Bu vəsaitin əsasən ABŞ bölməsi tərəfindən daha əvvəlki müqavilələri üzrə “Total”a ödəmələr olacağı bildirilir.

Qeyd edək ki, “Toshiba” ABŞ-dakı başqa bir törəmə şirkəti olan “Westinghouse Electric”ın 2017-ci ildəki iflası üzündən böhran vəziyyətindədir. İrimiqyaslı yenidənqurma keçirən şirkət Böyük Britaniyada nüvə elektrik stansiyaları sahəsinə aid törəmə şirkətini də satmağı, yaxın 5 il ərzində müxtəlif sahələrdə bütövlükdə 7 minədək işçisini ixtisar etməyi nəzərdə tutur.

İnterpress.az