Gürcüstanda yeni nazirlik yaradılacaqbackend

Gürcüstanda yeni nazirlik yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə yerli “Maestro” televiziyası məlumat yayıb.

Məlumata əsasən, ayrıca Mədəniyyət Nazirliyi yaradılacaq. Mədəniyyət naziri isə Badri Maisuradze olacaq. O, bu günlərdə təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini təyin olunub. B.Maisuradze bu vaxta qədər Zakaria Paliaşvili adına Tbilisi Dövlət Teatr və Opera Balet Teatrının bədii rəhbəri vəzifəsini tutub.

Qeyd edək ki, ötən ilin iyun ayında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə birləşdirilib.

İnterpress.az