| |||||
Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək | |||||
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. |
|||||
|
|||||
![]() İnterpress.az TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır. "Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək", - Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir. İnterpress.az |
|||||
|
|||||
|