Bakıda ağac köçürülməsi adı ilə 33 min manat alan şəxsin apellyasiya şikayətinə baxılırbackend

Bakıda ağac köçürülməsi adı ilə 33 min manat alan şəxsin apellyasiya şikayətinə baxılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib, baxış iclası sentyabrın 16-a təyin edilib.

Qeyd edək ki, E.Musayev Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 34.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə təqsirli bilinib.

İttihama görə, “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş E.Musayev 2017-ci ildə Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmayıb. O, pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla aldığı üçün R.Cabbarlını rüşvət vermə əməlinə təhrik edib.

İnterpress.az