Prezident Putinə məktub yazıbbackend

Prezident Putinə məktub yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Poroşenko Putindən Minsk razılşamasına əməl etməyi və bütün əsirləri azadlığa buraxmağı tələb edib. İnterpress.az xəbər verir ki,bu barədə Poroşenko Polşa telekanalına müsahibə verərkən bildirib.

“Ötən gün prezident Putinə məktub yazdım. Orada atəşi dayandırmağı, Minsk razılaşmasına riayət etməyi və Nadejda Savçenko daxil bütün əsirləri azad etməyini tələb etmişəm” deyə Poroşenko vurğulayıb.

Prezident xatırladıb ki, AŞPA da N.Savçenkonun azad olunmasını tələb edir: “Çünki o, Assambleyanın nümayəndəsidir. Biz gərək elə şərait yaradaq ki, Rusiya danışıqlarda iştirak etsin və öhdəliklərə əməl etsin”.

Xatırladaq ki, Ukrayna ordusunun pilotu olan Nadejda Savçenko iyun ayında seperatçılar tərəfindən əsir götürülüb.

İnterpress.az