Bərdədə quşçuluq təsərrüfatında ev quşları kütləvi tələf olubbackend

Bərdədə quşçuluq təsərrüfatında ev quşları kütləvi tələf olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi məlumata görə, rayonunun Cəyirli kəndi ərazisində ev quşlarının kütləvi qırılma hadisəsi baş verib.

Hadisə Firdovsi Məmmədova məxsus fermaların birində baş verib. Təsərrüfat sahibi iddia edir ki, onun ev quşlarını keyfiyyətsiz yem səbəbindən ölür: \”Bu səbəbdən də son bir neçə gün ərzində xeyli sayda toyuq tələf olub\”.

Əraziyə rayon baytarları dəvət olunub. Ölmüş quşlara yerində baxış keçirilib və quşlardan götürülən nümunələr laborator müayinədən keçirilib.

Laboratoriya verilən yemin keyfiyyətinin aşağı olduğundan quşların zəifləyərək öldüyünü təsdiq edib.

Tələf olmuş quşlar torpağa basdırılıb.

İnterpress.az