“Qarabağ”ın şansları böyükdür və hər şey futbolçuların əlindədir” – Azad Rəhimovbackend

“Qarabağ”ın şansları böyükdür və hər şey futbolçuların əlindədir” – Azad Rəhimov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, A.Rəhimov \”Report\”un Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilçisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib. Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz: \”Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya \”Sevilya\”sı çox güclü komandadır. \”Qarabağ\” Lüksemburq \”Düdelanj\”ı və Kipr APOEL-i ilə isə əvvəllər də görüşdüyü üçün onların oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür\”.

Nazir \”Qarabağ\”la müqayisədə Türkiyə təmsilçisi \”Qalatasaray\”ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyünü vurğulayıb: \”İspaniyanın \”Real Madrid\” və Fransanın PSJ klubları ilə eyni qrupa düşdüyü üçün \”Qalatasaray\”ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların əlindədir\”.

Qeyd edək ki, \”Qarabağ\” Avropa Liqasında ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya \”Sevilya\”sına qarşı keçirəcək.

İnterpress.az