Bakıda müştəri restoranın gender bərabərliyini pozmasından şikayətlənirbackend

Bakıda müştəri restoranın gender bərabərliyini pozmasından şikayətlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, şikayətçi iki dostu ilə həmin restoranda əyləşmək üçün içəri daxil olub. Lakin ofisiant onları qapıda qarşılayaraq restoranda oturmaq üçün hər birinin 25 manat ödəməli olduğunu deyib: \”Bunun yeni qayda olub-olmadığını soruşdum, cavab olaraq dedi ki, \”xeyr, əvvəldən bizdə belə olub\”.

Telefon nömrələrinə zəng etdim və aydın oldu ki, 25 manat depozit ödəməli olmağımıza səbəb bizim oğlan olmağımızdır. Telefonda danışan şəxs dedi ki, hətta 10 nəfər kişi ilə 1 nəfər qadın gəlsəydi depozit istənilməyəcəkdi. Bu da şəhərin ən müasir kafelərindən birində olan \”gender ayrıseçkiliyi\”. 4 nəfər kişi bu restorana gediriksə, minimum 100 manat ödəməliyik. Nəyə görə? Kişi olduğumuza görə?”. (Report)

İnterpress.az