Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edibbackend

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BŞİH-nin mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb. Bildirilib ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirib, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcuddur. Bildirilib ki, Bakı şəhərinin yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına təkan verəcəkdir.

Qeyd etmək lazımdir ki, sözügedən sərəncam dövlət vəsaiti hesabına yaşıllaşdırılması nəzərdə tutulan ərazilərə şamil edilmir.

Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir.

İnterpress.az