Çində yanacağın satış qiyməti bahalaşıbbackend

Çində yanacağın satış qiyməti bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 115 yuan (16,22 ABŞ dolları) və 105 yuan (14,8 dollar) artırılıb.

Komissiya ölkənin 3 böyük neft şirkəti olan \”Sinopec\”, \”PetroChina\” və CNOOC-dan yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılmasını xahiş edib.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

İnterpress.az