Gürcüstanın yeni hökumətinin proqramında BTQ-nin əhəmiyyəti vurğulanıbbackend

Gürcüstanın yeni hökumətinin proqramında BTQ-nin əhəmiyyəti vurğulanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qanunverici orqanın rəsmi saytında yerləşdirilən sənəddə hökumətin əsas sahələr üzrə fəaliyyət istiqamətləri yer alıb.

Proqramın “Xarici siyasət” bölməsində qeyd olunub ki, Gürcüstan strateji tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək niyyətindədir: “Gürcüstanın xarici prioritetlərinin effektiv həyata keçirilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına beynəlxalq ictimaiyyətin cəlb olunması ölkənin təhlükəsizliyi üçün xüsusi önəm kəsb edir”.

“Gürcüstan – regional hab” bölməsində ölkənin nəqliyyat sektorunun gələcək inkişafı və potensialın tam istifadəsi üçün fəal siyasətin aparılacağı bildirilib: “Gürcüstan hökuməti nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması, beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Bölmədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan üçün önəmi də vurğulanıb: “Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və bu da ölkəyə əlavə yükdaşımaları cəlb edə bilər”.

Qeyd edək ki, G.Qaxarianın baş nazir vəzifəsinə namizədliyi ötən gün təqdim olunub. Onun başçılıq etdiyi hökumətə parlamentin sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir.

İnterpress.az