Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan və Türkiyə arasında sahil mühafizəsi ilə bağlı protokol imzalanıb

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) ilə Türkiyə Respublikasının müvafiq qurumları arasında ikitərəfli əlaqələr uğurla davam etdirilir.

Dərc edilib: 4 sentyabr 2019 [13:09]
Baxış sayı: 2606

Bildirilib ki, birgə əməkdaşlıq fəaliyyətləri çərçivəsində DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin dəvəti ilə cari ilin sentyabr 2-də Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı kontr-admiral Ahmet Kendirin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Bu barədə İnterpress.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sentyabr ayının 3-də DSX-nin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Türkiyə nümayəndə heyəti qəbul edilib. Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə sahil mühafizəsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub, birgə əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində qonaqlar DSX Sahil Mühafizəsində dəniz sərhədlərinin mühafizəsinin təşkili vəziyyəti və xüsusiyyətləri ilə tanış olub, aidiyyəti bölmələrin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə istifadə olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Türkiyə nümayəndələri müsbət təcrübə mübadiləsini aparıb, gələcək əlaqələrin perspektivlərini müzakirə edib və sahil mühafizəsi bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə ediblər. Görüşün nəticələrinə dair nümayəndə heyətlərinin İşçi Protokol imzalanıb.

Qonaqlar səfər çərçivəsində Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, həmçinin “Heydər Əliyev Mərkəzi”, Bakı şəhərinin mədəni-tarixi abidələri və Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən “Siyasi repressiya qurbanları” muzeyi” ilə tanış olublar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179