Şəkidə ev yanıbbackend

Şəkidə ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanğın hadisə bu gün saat 05:23 radələrində rayonun Baş Göynük kəndində, Əsgər Məhəmməd oğlu Abdulkərimova məxsus, birmərtəbəli ümumi sahəsi 63 kv/m olan 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-in texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları və 2 otaq ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin bir otağı yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır. ( apa )

İnterpress.az