Türkiyədə PKK-ya məxsus böyük narkoplantasiya aşkarlanıbbackend

Türkiyədə PKK-ya məxsus böyük narkoplantasiya aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Diyarbəkirdə keçirilən xüsusi əməliyyat nəticəsində Lice və Hazro rayonları ərazisində geniş sahəni əhatə edən narkoplantasiya aşkarlanıb. Bildirilir ki, plantasiyalarda ümumi sayı 6 milyon 56 min 586 ədəd olan narkotik tərkibli bitki məhv edilib.

Qeyd edək ki, narkotiklərin becərilməsi, istehsalı, pərakəndə satışı və tranzit daşınması, insan alveri və siqaret qaçaqmalçılığı PKK-nın əsas maliyyə qaynaqları hesab olunur.

İnterpress.az