Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanın “World Skills International” təşkilatına üzv olması üçün meyarlar müzakirə edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin (HRD Korea) nümayəndə heyəti arasında görüş keçirilib.

Dərc edilib: 4 sentyabr 2019 [14:40]
Baxış sayı: 2421

Peşə Təhsili üzrə Dövlət Agentliyindən İnterpress.az-a bildirilib ki, görüş zamanı Azərbaycanın “World Skills International” təşkilatına üzv olması üçün təşkilatın əsasnaməsinə istinadən təyin edilmiş meyarların müzakirəsi aparılıb. Həmçinin ölkəmizin bu meyarlara qısa zaman ərzində cavab verməsi üçün Koreya, eyni zamanda təşkilata üzv digər ölkələrin uğurlu təcrübələrinin bölüşməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Agentliyinin direktoru Pərviz Yusifov müasir peşə təhsili sisteminin bərqərar olması məqsədilə son illərdə bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verərək, peşə bacarıqlarının inkişafı üçün Azərbaycanın mütəmadi olaraq bu yarışlarda iştirak etməsinin və ölkə səviyyəsində bacarıq yarışların təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, sözügedən təşkilata üzvlük istiqamətində işlərin düzgün təşkili məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti avqustun 22-dən 27-dək Rusiya Federasiyasının Kazan şəhərində keçirilən 45-ci “World Skills International” müsabiqəsində qonaq qismində iştirak edib.

Dünyanın 80-dən çox ölkəsini birləşdirən “World Skills International” müsabiqəsinin əsas məqsədi gənclər üçün yeni məşğulluq imkanlarının yaradılmasından ibarətdir. Dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıqların və peşələrin inkişaf etdirilməsi, bu sahədə mövcud olan bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsi təşkilatın əsas vəzifələrindəndir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179