Nyu-Yorkda Moda həftəsi başlanıbbackend

Nyu-Yorkda Moda həftəsi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS agentliyinə istinadən xəbər verir ki, sentyabrın 11-dək davam edən Moda həftəsində 2020 yaz-yay kolleksiyaları təqdim olunur.

Tədbirin çərşənbə günü başlanmasına baxmayaraq ilk iki gündə gənc dizaynerlərin əl işləri nümayiş olunacaq. Ziyarətçilər bir neçə xeyriyyə şousu, eləcə də qarşıdan gələn (15-19 oktyabr) Kongo Moda Həftəsində təqdim ediləcək bəzi geyimlərin görüntüləri ilə tanış ola biləcəklər.

Əsas nümayişlər sentyabrın 6-da başlayacaq. Bir neçə gün ərzində Tom Ford, Ceremi Skott, Karolina Errera, Tommi Hilfiger, Ralf Loren, Mark Ceykobs, Maykl Kors, Gelmut Lenq və digər dizaynerlərin yeni kolleksiyaları nümayiş olunacaq. Moda həftəsində “Longchamp”, “Сoach”, “Staud” kimi dizayn evləri də iştirak edir.

İnterpress.az