Ali məktəbdə ölümbackend

Ali məktəbdə ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəfat edən akademiyanın Əsaslı Kitabxanasının direktoru Cabir Ağaməmmədov olub.

ANS PRESS-ə verilən məlumata görə o, yanvarın 26-da işdə olarkən saat 17 radələrində səhhəti pisləşib. Kitabxananın direktoru qəfildən infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Cabir Lənkəran oğlu Ağaməmmədov 1939-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ikillik kursunda ingilis dilini öyrənib. 1984-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının əsaslı kitabxanasının direktoru vəzifəsində işləyib.

Allah rəhmət etsin!

İnterpress.az