Avropa çempionatının birinci günündə 4 boksçumuz rinqə çıxacaqbackend

Avropa çempionatının birinci günündə 4 boksçumuz rinqə çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, millimizin üzvlərindən beşi mübarizəyə 1/16, digər beşi isə 1/8 finaldan qoşulacaq.

Bu gün start götürəcək birinciliyin birinci günündə 4 boksçumuz rinqə çıxacaq. Belə ki, boksçularımızdan Maqsud Xasmetov (52 kq) türkiyəli Samet Gümüş, Eldar Babayev (60 kq) Killian Karti (İrlandiya), Rəşid Həsənov (64 kq) Almaniya təmsilçisi Simon Vollmer, Səlim Səlimov (69 kq) isə uelsli Qaran Qroftla qarşılaşacaq.

Sentyabrın 5-də millimizin üzvləri Ruslan Qədirov (49 kq) ingiltərəli Uiliam Hevitt, İqor Platov (75 kq) Moldova idmançısı Valeri Razmerita, Murad Allahverdiyev (81 kq) Belarus boksçusu Stoil Stanoyev, Fuad Cəfərov (91 kq-dan yuxarı) isə İtaliya idmançısı Viçenzo Fiasçetti ilə üz-üzə gələcək.

Digər boksçularımız Əzrək Bəbirov (56 kq) Bill Unsvort (Uels)/Selim Bouayta (Fransa) görüşünün qalibi, Əsəd Baxşıyev (91 kq) gürcüstanlı Jumka Jaiani ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki görüş sentyabrın 6-da təşkil olunacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin döyüşləri sentyabrın 4-8-də, yarımfinal görüşləri ayın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə sentyabrın 10-da bilinəcək.

İnterpress.az