Bugünədək “Poçtap” xidməti ilə 1495 sənəd qəbul olunubbackend

Bugünədək “Poçtap” xidməti ilə 1495 sənəd qəbul olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MMC-dən İnterpress.az-a bildirilib ki, “Azərpoçt” tərəfindən qəbul olunmuş 1495 sənəddən 460-ı sahibinə çatdırılıb, 1025 sənəd isə aidiyyəti üzrə qurumlara təhvil verilib. Hazırda poçt filialları və şöbələrində 10 sənəd sahibini gözləyir.

Bu xidmət çərçivəsində tapılmış sənədlər poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.

İnterpress.az