Ədəbiyyat İnstitutu növbəti aylarda keçirəcəyi tədbirləri müəyyənləşdiribbackend

Ədəbiyyat İnstitutu növbəti aylarda keçirəcəyi tədbirləri müəyyənləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstitutdan İnterpress.az-a bildirilib ki, iclasda İlk olaraq “Ədəbi proses” müşavirəsinin keçirilməsinə hazırlığın vəziyyəti müzakirə olunub. Tədbirin keçirilmə vaxtı sentyabrın 13-nə müəyyən edilib.

Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti”nin yubileyi ilə bağlı tədbirə və “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiyaya hazırlıq işləri diqqətə çatdırılıb.

Akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr edilən yekun tədbirin oktyabrın 1-də keçirilməsi qərara alınıb.

Oktyabrın 18-də isə uşaq ədəbiyyatına həsr olunan beynəlxalq elmi konfransın keçirilməsi müəyyənləşdirilib.

İnterpress.az