Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı İspaniyada elmi ezamiyyətdə olubbackend

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı İspaniyada elmi ezamiyyətdə olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı Astrofizika Rəsədxanasından İnterpress.az-a bildiriblər ki, ezamiyyət müddəti ərzində Zümrüd Vidadiqızı GRANDMA layihəsi ilə bağlı müzakirələrdə iştirak edərək bu layihə çərçivəsində istifadə olunan müasir proqramlarla tanış olub.

Zümrüd Vidadiqızı, eyni zamanda, Əndəlüs Astrofizika İnstitutunda “Azərbaycandan GRANDMA” mövzusunda məruzə ilə çıxış edib. ŞAR-ın teleskopunda həmin layihə çərçivəsində aparılan müşahidələrdə alınan materiallar iştirakçıların diqqətinə çatdırılıb.

Sonra gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

İnterpress.az