Arzuman Abdulkərimov: “Aslan İsmayılov gizli şəkildə AXCP-yə üzv olub”  – VİDEObackend

Arzuman Abdulkərimov: “Aslan İsmayılov gizli şəkildə AXCP-yə üzv olub” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, Azərbaycanın radikal müxalifətinin “stəkanda fırtına” yaratmaq cəhdlərini pisləyərək, hakimiyyətə qarşı şantaj və iftira kampaniyalarını ifşa edib: “Sosial şəbəkədə təhqir yazan insanların Əli Kərimli ilə şəkillərini görürük”.

Hilal təşkilatının sədri, Əli Kərimlinin əmisi oğlu və partiya fəalı İnqilab Kərimovun İŞİD-ə ölkədə terror törətməklə bağlı çağırış etməsini sərt tənqid edib. O, AXCP fəalı Telman Seyfullayevin təhqirlərinə, hədələrinə məruz qalmasından bəhs edib: “Bütün bunlarla əlaqədar ölçü götürülməsi üçün mən Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə şikayət edəcəm”.

Hüquqşunas Aslan İsmayılovun davranışlarını tənqid edən A.Abdulkərimov onu “insanları mənəvi terror”a məruz qoymaqda ittiham edib. Təşkilat sədri çıxışının sonunda şok faktlar açıqlayıb: “AXCP-də Əli Kərimliyə yaxınlığı ilə seçilən, lakin dövlətə və dövlətçiliyə bağlı yoldaşlardan birinin mənə verdiyi informasiyanı sizinlə bölüşmək istəyirəm. Bugünlərdə Aslan İsmayılov Əi Kərimli ilə gizli şəkildə görüşüb və onu AXCP sıralarına qəbul etməyi xahiş edib. Əli Kərimli isə öz növbəsində onun xahişini qəbul edib. Beləliklə Aslan İsmayılov gizli şəkildə AXCP-yə üzv olub. Artıq o da, Əli Kərimlinin trol dəstəsinin üzvüdür və birbaşa onun göstərişlərini yerinə yetirir”.

Arzuman Abdulkərimovun Yeni Kanal internet televiziyasındakı canlı çıxışının videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:


İnterpress.az