İstanbulda Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun sərgisi açılıbbackend

İstanbulda Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun sərgisi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Opalizm üslubunun banisi olan məşhur rəssamın əsərləri sentyabrın 5-dən etibarən bir ay müddətində nümayiş olunacaq.

SOCAR-ın maddi dəstəyi ilə təşkil olunan sərgidə çıxış edən S.Məmmədov burada 160-dan çox əsərin nümayiş edildiyini bildirib. Qeyd olunub ki, sərgilənən əsərlərin əksəriyyəti dünyanın bir çox ölkəsində sənətsevərlərə təqdim edilib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, konsulluğun əməkdaşları, SOCAR-ın nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.

İnterpress.az