Sivasda Türkiyənin taleyini müəyyənləşdirən tarixi konfransın 100 illiyi qeyd olunubbackend

Sivasda Türkiyənin taleyini müəyyənləşdirən tarixi konfransın 100 illiyi qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyənin ali rəhbər şəxsləri, dövlət və hökumət nümayəndələri, siyasi partiya sədrləri, ölkənin görkəmli simaları, Sivas ictimaiyyətinin təmsilçiləri mərasimdə iştirak ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digərləri çıxışlarında Sivas Konfransının məqsəd və vəzifələrindən, müasir Türkiyənin inkişaf istiqamətlərindən və siyasi hədəflərindən danışıblar. Diqqətə çatdırılıb ki, sivaslılar sözügedən tarixi konfransa mətanətlə ev sahibliyi edərək Türkiyə dövlətinin qurulmasında öndə gediblər.

Qeyd edək ki, 1919-cu il sentyabrın 4-də qazi Mustafa Kamal Atatürk və onun yaxın silahdaşlarının iştirakı ilə işə başlayan Sivas Konfransı türk xalqının öz vətəni və dövləti üçün ortaya qoyduğu milli iradəni, birlik və mübarizə əzmini dünyaya nümayiş etdirib. Sentyabrın 11-dək davam edən konfrans Türkiyə xalqı üçün həyati əhəmiyyət daşıyan tarixi qərarlara imza atıb.

İnterpress.az