Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan idmançısı Avropa yığmasına dəvət alıb

Sentyabrın 9-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışlar keçiriləcək.

Dərc edilib: 6 sentyabr 2019 [15:18]
Baxış sayı: 8841

İnterpress.az xəbər verir ki, iki gün davam edəcək yarışlarda hər iki komandanın ən güclüləri mübarizə aparacaqlar.

Avropa yığmasının heyətinə azərbaycanlı atlet Nazim Babayev də dəvət alıb. O, üçtəkanla tullanmada mübarizə aparacaq idmançılar sırasındadır.

Siyahıda Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyevin də adı var. Dünya və Avropa çempionu 200 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.

Atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda baş tutacaq. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparacaq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208