“Medinex” Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisində Belarusun ekspozisiyası təqdim olunacaqbackend

“Medinex” Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisində Belarusun ekspozisiyası təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BELTA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Belarus Xarici İşlər Nazirliyinin Milli Marketinq Mərkəzi yayıb. Məlumatda deyilir: “Son illərdə Belarusun dərman preparatlarının Azərbaycan bazarına ixracının həcmi artıb. Belarusun onkologiya, cərrahiyyə, kardiologiya, transplantologiya, ginekologiya və ekstrakorporal mayalanma, plastik cərrahiyyə sahəsində tibbi xidmətlərinə marağın artması müşahidə olunur”.

“Medinex” sərgisi tibbin müxtəlif sahələrində nailiyyətlərin nümayiş etdirilməsinə yönəlib. Tibbi texnika, laboratoriya və əczaçılıq avadanlığı, dərman preparatları, tibbi xidmətlər, tibdə informasiya texnologiyaları sərginin əsas tematik bölmələri, innovasiyalar zonası isə əsas sektorudur. İnnovasiyalar zonasında tibb sənayesinin ən müasir nailiyyətləri nümayiş etdirilir. Sərgidə Belarus, Azərbaycan, Avstriya, Almaniya, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdən eksponentlər öz məhsullarını və xidmətlərini təqdim edəcəklər. Belarus sərgisinin təşkilatçısı Belarusun Azərbaycandakı səfirliyinin dəstəyi ilə Belarus XİN-in Milli Marketinq Mərkəzidir.

İnterpress.az