Filippin vətəndaşı Bakıda mənzil soydubackend

Filippin vətəndaşı Bakıda mənzil soydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nəsimi rayon Polis İdarəsi məlumat verib.

Əməliyyatçılar tərəfindən 1980-ci il təvəllüdlü Soayqan Qrinfilds Domaquem saxlanılıb. Qadın 29 yaşlı Bakı sakini Cəfər Məmmədovun evində xidmətçi işləyib.

Səməd Vurğun küçəsində yaşayan C.Məmmədov 18 iyul tarixində polisə şikayət edərək evindən səkkiz min manatlıq zinət əşyasının yoxa çıxdığını bildirmişdi. O, oğurluğu xidmətçinin törətdiyindən şübhələnirdi.

Soayqan isə mənzildən pul yoxa çıxdıqdan sonra işə gəlməyib. Onu kirayədə yaşadığı mənzildə saxlayıblar. Xarici vətəndaşa qarşı Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.