Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?!” - Sərdar Cəlaloğluna cavab

"Heç bir beynəlxalq təşkilata bir ölkənin daxili işlərinə qarışa bilməz. Sadəcə müşahidəçi qismində çıxış edə bilər"

Dərc edilib: 11 sentyabr 2019 [15:23]
Baxış sayı: 6311

İnterpress.az xəbər verir ki, bunu YAP sədrinin müavini, icra katibi Əli Əhmədov ADP sədri Sərdar Cəlaloğlunun Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə bağlı ittihamlarına cavab verərkən deyib.

"Patruşovla danışıqlarda sən Sərdar Cəlaloğlu iştirak etmisən ki?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də dostluq ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə dövlətlər və ölkələrarası münasibətlərə töhvə verildiyinə görə verilir. Qeyri ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi- qodu ilə məşğuluq. Halbuki müzakirə mövzusu başqadır".

Qeyd edək ki, ADP sədri S. Cəlaloğlu Rusiyanı Azərbaycanın daxili işinə qarışmaqda ittiham edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208