Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyədə silsilə partlayışlar olub, insanlar sahilyanı ərazilərə qaçıb - Video

Şimali Kipr Türk Respublikasının Girne şəhərindəki hərbi hissədə şiddətli partlayışlar baş verib.

Dərc edilib: 12 sentyabr 2019 [12:45]
Baxış sayı: 1989

İnterpress.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, silah anbarında baş verən silsilə partlayışlardan sonra güclü yanğın başlayıb. Hadisə nəticəsində ətrafa ciddi ziyan dəyib. Tələfat barədə hələlik məlumat yoxdur. Yaralıların olduğu bildirilir.

Hərbi hissədən bir neçə yüz metr məsafədə yerləşən binaların şüşələri sınıb. Yaxınlıqda yerləşən otelin müştəriləri ciddi həyəcan yaşayıb.

Onlar təhlükədən yayınmaq üçün sahilyanı ərazilərə qaçıblar. Sakinlərə məcbur qalmadıqca evlərini tərk etməmək tövsiyə olunub. Polis partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisənin səbəbləri araşdırılır.










Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179