Flora Kərimova da Sami Yusufdan yazdı: “Bir klassiki tərənnüm etmək…”backend

Flora Kərimova da Sami Yusufdan yazdı: “Bir klassiki tərənnüm etmək…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə xalq artisti Flora Kərimova azərbaycanlı şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı bəstələyən Sami Yusuf haqda yazıb: “Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları – muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Gənc Sami Yusuf və ona dəstək olanlar bu işin öhdəsindən layiqi ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur”.

Qeyd edək ki, Sami Yusufla yanaşı \”Sığmazam\” qəzəlini aşıq Samirə və əməkdar artist Təyyar Bayramov da ifa edib.