Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



39 yaşlı Ronaldinyo Kolumbiya klubunda oynayacaq

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo yenidən meydana çıxacaq.

Dərc edilib: 12 sentyabr 2019 [15:49]
Baxış sayı: 5495

İnterpress.az-ın məlumatına görə, 39 yaşlı cənubi amerikalı Kolumbiyanın “Santa-Fe” klubunun heyətində yoldaşlıq oyununda iştirak edəcək.

2002-ci ilin dünya çempionu və “Qızıl top”un sahibi olan braziliyalı 4 ildən sonra yaşıl meydana qayıdacaq. Karyerasını 2015-ci ildə başa vuran Ronaldinyonun qatılacağı bu matç oktyabrın 17-də baş tutacaq. “Santa-Fe”nin bu oyundakı rəqibi bəlli deyil. Qarşılaşmaya biletlərin qiyməti 14,46 manatdan 63,42 manata qədərdir.

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi klublarda oynayıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193