Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İsrail kəşfiyyatı ABŞ-ı izləyir: Tramp buna inanmır

İsrail Ağ Evdə casusluq edir.

Dərc edilib: 13 sentyabr 2019 [11:43]
Baxış sayı: 3453

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın "Politico" qəzeti iddia ilə çıxış edib. Qəzetdə yer alan xəbərə görə, İsrail iki ildir Ağ Ev və Vaşinqtondakı vacib qurumlara dinləmə cihazları yerləşdirib və Donald Tramp və komandasını izləyir. Bu barədə qəzetə üç keçmiş rəsmi məlumat verib.

Bildirilir ki, İsrail "StingRay" adlı cihazdan istifadə edir. Həmin cihaz mobil telefonların kimə aid olduğunu müəyyənləşdirir və zənglərlə bağlı məlumatları qeydə alır. Donald Tramp bu fakta məhəl qoymayaraq təhlükəsiz olmayan danışıqlar həyata keçirir.

"Politico" iddia edir ki, Daxili Təhlükəsizlik Nazirliyi 2018-ci ildə cihazların bir qismini aşkar edib və İsrail izinə rast gəlib.

Lakin Trampın bu məsələ ilə bağlı İsrailə heç bir etiraz etmədiyi, Ağ Evin təhlükəsizlik qaydayarına əməl etməyərək dostları və əməkdaşları ilə adi telefonlarla danışdığı bildirilir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201