Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazandı

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb.

Dərc edilib: 13 sentyabr 2019 [12:50]
Baxış sayı: 2443

İnterpress.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yarışların beşinci günündə idmançımız brass üsulu ilə yarışıb.

O, 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub və bürünc medal qazanıb. Beləliklə, 17 yaşlı idmançımız lisenziya xalları toplayaraq XVI Yay Paralimpiya Oyunlarına qatılma şanslarını artırıb. Bununla da Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandası dünya çempionatında qazandığı medalların sayını üçə çatdırıb.

Xatırladaq ki, bundan əvvəl eyni yarışda milli komandamızın digər üzvü Roman Saley çıxış edib. O, belüstü yarışlarda II yeri qazanaraq Tokio Paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə yarışda isə III yer qazanaraq çempionatın ikinci medalını təmin edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190