“Özümü günahkar hiss edirəm” – “Yuventus”un futbolçusubackend

“Özümü günahkar hiss edirəm” – “Yuventus”un futbolçusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Globo Esporte”yə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Braziliyada çətin həyat yaşadığını deyib:

“15 yaşında “Atletiko Paranaense”də oynamağa başladım. Aya 100 dollar maaş alırdım. Klub ev, yemək və məktəb məsrəflərini qarşılayırdı. 50 dollar xərcləyirdim, qalanını ailəmə verirdim. Komanda ilə qalib gəldiyimiz ilk oyundan sonra 300 dollar aldım. Bu pulu xərcləyə də bilərdim, ancaq ailəmə verdim və evimizi boyadıq”.

“Yuventus”da illik 5 milyon avro maaş alan futbolçu çox pul xərcləməyi sevmədiyini bildirib:

“Ailəmlə tez-tez çölə çıxıram və bir gecədə maksimum 300-400 avro xərcləyirəm. Daha sonra isə ölkəmdə səfil həyat sürən insanları düşünürəm. Bu qədər pulu bir gecədə xərcləyəndə özümü günahkar hiss edirəm”.

“Yuventus” Braziliya millisinin üzvünü 2015-ci ildə “Portu”dan 26 milyon avroya transfer edib. Sandro Turin klubunda 159 oyuna 10 qol vurub, 21 assist edib.